Qadınlardan ibarət “Neftçi SOCAR” 3×3 basketbol komandası Dünya Qadın Seriyasının Bakı mərhələsində mübarizəni dayandırıb.
Azərbaycan təmsilçisi 1/4 finalda Sloveniya yığması ilə qarşılaşıb. Görüş rəqibin 13:10 hesablı qələbəsi ilə yekunlaşıb.
“Neftçi SOCAR” qrup mərhələsində bundan əvvəl iki oyun keçirib. Komanda Çexiyanın “Prague” klubuna 18:14 hesabı ilə qalib gəlib, Litva millisinə isə 16:21 hesabı ilə məğlub olub. Bu nəticələrdən sonra Bakı təmsilçisi 1/4 finala vəsiqə qazanıb.
Sloveniya ilə qarşılaşmadakı məğlubiyyətdən sonra “Neftçi SOCAR” Bakı mərhələsində çıxışını başa vurub.














