Misli Premyer Liqasının XV turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.
Bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb. Bu matçlardan 279-da texniki nəticə qeydə alınıb. 34-cü mövsümü oynanılan yüksək futbol liqasının ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub.
Cari mövsümdə artıq 86 oyun keçirilib və onlardan biri texniki nəticə ilə yekunlaşıb.

















