Bu gün şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi start götürəcək. Dünən keçirilən duellərdən sonra etapı adlayan bütün iştirakçılar bəlli olub.

Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı, qadınların yarışında Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova birbaşa olaraq adlarını son 8 şahmatçı arasına yazdırıblar.

Tay-brek kimi uzanan üzləşmələrdə isə Nicat Abasov Xaqan Əhmədə, son çempion Rauf Məmmədov Şiroğlan Talıbova qalib gəlib. Qadınlarda isə Gövhər Beydullayevə gözlənilmədən Nərmin Abdinova uduzub.