Ulduz basketbolçu Lebron Ceyms NBA tarixində yeni rekorda imza atıb.
Milli Basketbol Assosasiyasının müntəzəm çempionatında “Los-Anceles Leykers”in “Klivlend”ə qarşı oyununda Lebron karyerası ərzində meydanda olduğu müddəti 60 min dəqiqəyə çatdıraraq bu göstəriciyə çatan ilk oyunçu kimi tarixə keçib.
Qeyd edək ki, “Los-Anceles Leykers” həmin qarşılaşmada 99:129 hesabı ilə uduzub.












