Misli Premyer liqasında 2025/2026 mövsümünün I turu çərçivəsində daha bir görüş keçirilib. “Zirə” doğma meydanda “Kəpəz”i qəbul edib. Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçirilən matç 1-1 hesablı bərabərliklə bitib. Buna kimi keçirilən oyunlardan “Karvan-Yevlax” – “Qəbələ” və “Neftçi” – “Şamaxı” qarşılaşmalarında eyni nəticə qeydə alınıb. “Turan Tovuz” “İmişli”ni 1-0 məğlub edibsə, “Sumqayıt” “Kəpəz”ə 3-0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, turun “Qarabağ” – “Sabah” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.














