Türkiyənin İstanbul şəhədində basketbol üzrə 16 yaşadək qızlar arasında Avropa çempionatı start götürüb. Yarışda mübarizə aparan Azərbaycan millisi B divizionunda B qrupu çərçivəsində ilk oyununa çıxıb. Yığmamız İsveç seçməsi ilə qarşılaşıb. Oyun rəqibin 87-54 hesablı qələbəsi ilə bitib. Qeyd edək ki, Azərbaycan millisi avqustun 22-də Niderland, 24-də Slovakiya, 25-də isə Lüksemburq ilə qarşılaşacaq.












