Bu gün Misli Premyer Liqasında X tura “Sumqayıt” – “Şəfa” görüşü ilə yekun vurulacaq. Bu, tərəflər arasında ilk rəsmi qarşılaşma olacaq.

Bakılılar cari mövsüm meydana çıxdığı 9 oyunda 1 qələbə qazanıb, digər 8 görüşü isə uduzublar. Mövsümə ardıcıl 3 məğlubiyyətlə start verən “kimyaçılar” son 5 görüşdə sadəcə 1 dəfə məğlub olublar.

“SOCAR Polymer Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq. Görüşü Nicat İsmayıllı idarə edəcək.Bütün qarşılaşmalar “CBC Sport”la canlı yayımlanacaq.