Azərbaycan 2027-ci ildə bədii gimnastika üzrə Dünya çempionatına ev sahibliyi edəcək.
Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub. Mərasimdə Dünya Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə mundialın növbəti ev sahibinə, Azərbaycan nümayəndə heyətinə təqdim olunub.
Bayrağın təqdim olunması ilə bədii gimnastika üzrə 43-cü Dünya çempionatının 15–19 sentyabr 2027-ci il tarixlərində Azərbaycanda keçiriləcəyi ilə bağlı simvolik mərasim baş tutub. Qeyd edək ki, Bakıda təşkil olunacaq mundial Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq.











