“Karvan-Yevlax” Kamal Kazımovu heyətinə qatıb
"Karvan-Yevlax" Kamal Kazımovu transfer edib.
Bu barədə Yevlax təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Son olaraq MOİK klubunda forma geyinən müdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
“Sabah” tarixində ilk dəfə avrokubokların əsas mərhələsini təmin edib
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən mübarizədən kənarlaşdıran "Sabah" ən azı Konfrans Liqasının Liqa mərhələsində...
UEFA Çempionlar Liqası: “Sabah” Finlandiyada “KuPS” ilə cavab oyununa çıxacaq
"Sabah" komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün Finlandiyada "KuPS" ilə qarşılaşacaq.
Bu raundun cavab matçı Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər...
“Şamaxı” Qətər klubuna qalib gəldi
Yeni mövsümə hazırlaşan "Şamaxı" növbəti yoxlama oyununda gücünü sınayıb.
Şirvan klubu Qətərin 2-ci liqa təmsilçisi "Əl-Xaritiyat" klubu ilə üz-üzə gəlib. Görüş "Şamaxı"nın 3:0 hesablı qələbəsi...
“Kəpəz” zambiyalı futbolçu transfer etdi
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" daha bir transferini reallaşdırıb.
Gəncə təmsilçisi Kennet Kalunqanı heyətinə qatıb. 29 yaşlı cinah yarımmüdafiəçisi ilə bir mövsümlük müqavilə imzalanıb....
“Neftçi” PAOK-a məğlub oldu
“Neftçi”nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Siyasət Əsgərovun komandası 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gəlib.
Balkan ölkəsinin...
“Qəbələ” və “Şəfa” yoxlama oyununda üzləşdilər
2026/27 mövsümü üçün hazırlıqları davam etdirən "Qəbələ" və "Şəfa" komandaları yoxlama oyununda qarşılaşıblar.
Qəbələ şəhər stadionunda keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.
Yerli kollektivdən qolu...
“Kəpəz” Ürfan Abbasovu rənglərinə bürüdü
Yeni mövsümə hazırlaşan "Kəpəz" daha bir transferini açıqlayıb.
Gəncə klubu 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb. Futbolçu ilə müqavilənin müddəti 1 illikdir.
Qeyd edək ki,...
“Araz-Naxçıvan” Ceyhun Nuriyevi transfer etdi
"Araz-Naxçıvan" yay fasiləsində növbəti transferini reallaşdırıb.
Muxtar Respublika təmsilçisi Ceyhun Nuriyevi heyətinə qatıb. Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Nuriyev, son olaraq "Zirə"də çıxış...
“Araz-Naxçıvan” və “İmişli” yoxlama matçında üzləşiblər
Azərbaycan Premyer Liqası təmsilçilərindən "İmişli" və "Araz-Naxçıvan" yoxlama oyununda üz-üzə gəliblər.
Görüş Bakı Olimpiya stadionunun köməkçi meydanında keçirilib.
Qarşılaşma 2:2 hesablı heç-heçə ilə bitib. Qeyd edək...





















