Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir transferini reallaşdırıb.
Gəncə təmsilçisi Kennet Kalunqanı heyətinə qatıb. 29 yaşlı cinah yarımmüdafiəçisi ilə bir mövsümlük müqavilə imzalanıb. Zambiyalı futbolçunun son klubu “Mingəçevir” olub.
Qeyd edək ki, “Kəpəz” bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar və Ürfan Abbasovu transfer edib.
















