UEFA Çempionlar Liqasında ikinci finalçının adəna aydınlıq gəlib.
“Alyans Arena”da “Bayern Münhen” yarışın son qalibi “Paris Sen-Jermen”i qəbul edib. Görüş 1:1-lik bərabərliklə yekunlaşıb. Nəticədə ilk matçı 5:4 xeyrinə bitirən Fransa təmsilçisini ümumi hesabla 6:5 qalib gələrək ardıcıl ikinci dəfə turnirin finalına yüksəlib.
Mayın 30-u Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək final oyununda PSJ və “Arsenal” kollektivləri üzləşəcək.













