Yeni mövsümə hazırlaşan “Kəpəz” daha bir transferini açıqlayıb.
Gəncə klubu 33 yaşlı müdafiəçi Urfan Abbasovu heyətinə qatıb. Futbolçu ilə müqavilənin müddəti 1 illikdir.
Qeyd edək ki, son olaraq “Araz-Naxçıvan”da çıxış edən Abbasov, ötən mövsüm ümumilikdə 26 oyunda meydana çıxıb.
















