Misli Premyer Liqasında XXVII tura iki oyunla yekun vurulub.
“İmişli” səfərdə “Qəbələ”yə 1:0 qalib gəlib və 14 matçlıq qələbəsizlik seriyasına son qoyub. 26 xala malik “İmişli” 9-cudursa, şimal təmsilçisi 19 xalla 11-cidir. “Sumqayıt”ı qəbul edən “Turan Tovuz” isə rəqibini 2:1 hesabı ilə məğlub edib. “Gənclik şəhər”i 8 turdur 3 xal üzünə həsrətdir.
Hazırda 66 xala malik “Sabah” liderdir və ikinci “Qarabağ”ı 10 xal qabaqlayır. 52 xalı olan “Turan Tovuz” üçüncüdür.















