Azərbaycan cüdoçusu Fərid Rzazadə yeniyetmələr arasında dünya çempionu olub.
Ekvadorun Quayakil şəhərində keçirilən mundialda 50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finala gedən yolda Süleyman Doğru (Türkiyə), Bekaris Kudaybergen (Qazaxıstan) və Artur Bonatonu (Braziliya) mübarizədən kənarlaşdırıb. Həlledici qarşılaşmada qazaxıstanlı Adiljan Nurbekeni məğlub edən Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu gün Azərbaycanın daha üç yeniyetmə cüdoçusu dünya çempionatında tatamiyə çıxacaq.















