“Gəncə” basketbol klubu heyətini ABŞ-li oyunçu ilə gücləndirib.

Qərb klubu Bakari Kamaranı heyətinə qatıb. 28 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Boyu 201 sm olan Kamara karyerası ərzində İspaniya, Danimarka və Fransa klublarında çıxış edib. Onun son komandası Qətərin “Əl-Vakra” komandası olub.