Misli Premyer Liqasında 27-ci tura start verilib.
Açılış matçında “Kəpəz”i qəbul edən “Karvan-Yevlax” 4:1 hesablı qələbə qazanaraq 24 oyunluq uğursuz seriyaya son qoyub. Çempionatda ikinci 3 xalína sevinən yevlaxlılar ilk qalibiyyətini də qərb təmsilçisinə qarşı almışdı. “Kəpəz” isə ardıcıl ikinci oyunda meydanı əli boş tərk edib.
Tura aprelin 12-də yekun vurulacaq.

















