“Zirə” yeni transferini reallaşdırıb.
Qəsəbë təmsilçisi brazilyalı qapıçı Maykon Kleytonu heyətinə qatıb. Çərçivə qoruyucusu ilə 2 illik müqavilə bağlanıb.
27 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Santa Kruz”, “Redd Bull Braqantino”, “Vitorio”, “Seara” və Portuqaliyanın “Portimonense” klublarında çıxış edib.


















