Azərbaycanda təşkil olunacaq III MDB Oyunları üçün qeydiyyatdan keçən ölkələrin və idmançıların sayındə dəyişiklik baş verib. Daha əvvəl turnirdə 12 ölkənin iştirakı nəzərdə tutulsa da, sonradan bu siyahıya Kuba da əlavə olunub. Beləliklə, oyunlarda Azərbaycanı 340, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Pakistanı və Omanı isə 4 idmançının təmsil edəcəyi dəqiqləşib. Yarışlar 23 idman növü (kamandan oxatma, badminton, 3×3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, futbol U-16, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşçi, sərbəst güləş) üzrə 12 məkanda keçiriləcək. III MDB Oyunlarının açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.