17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib.
B liqasının 2-ci qrupunda yer alan komanda Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb və qolsuz bərabərliyə imza atıb.
Xatırladaq ki, U-17 daha əvvəl Bolqarıstanla 1:1-lik heç-heçə edib. Komanda martın 30-da Malta ilə üzləşəcək.















