Serbiyanın Loznitsa şəhərində keçirilən boks üzrə U-19 Avropa çempionatı davam edir.

60 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Əli Baxışov finala vəsiqə qazanıb. O, yarımfinalda Türkiyə təmsilçisi Furkan Avara 3:2 (28:29, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib. Baxışov qızıl medal uğrunda dueldə İtaliya idmançısı Daniele Fabi ilə üz-üzə gələcək. Həlledici qarşılaşma bu gün təşkil ediləcək.

Yarımfinalda İrlandiya təmsilçisi Ellen Coysa uduzan Banuçiçək Nəsirli (48 kq) isə qitə turnirinin bürünc medalına sahib olub.