“Turan Tovuz” növbəti transferini açıqlayıb. Qərb təmsilçisi Enrike Silvanı rənglərinə bağlayıb. Sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalayıb. Enrike son olaraq İspaniya La Liqasında “Valyadolid”in formasını geyinib.O, ötən mövsüm 5 matçda meydana çıxıb. Yetirməsi olduğu “Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi “Lion” klubunda çıxış edib. 31 yaşlı futbolçu Braziliyanın U-20 milli komandasının da şərəfini qoruyub.