Bakıda kişi və qadın boksçular arasında ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turniri yekunlaşıb.

6 gün davam edən və 10 ölkədən 126 idmançının qatıldığı turnirin son günündə çempionlar bəlli olub.

Azərbaycan təmsilçilərindən Sübhan Mamedov (50 kq), Amin Məmmədzadə (55 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (65 kq), Sürət Qarayev (90 kq) və Maqomed Abdullayev (+90 kq) qızıl medal əldə edib.

Seyid Seyidov (80 kq) gümüş, Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Cəfərov, Rasim Çobanlı (hər ikisi 75 kq), Həsən Osmanlı (80 kq), Murad Allahverdiyev (85 kq), Səbuhi Əlizadə (+90 kq), Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) bürünc mükafata sahib çıxıb.

Beləliklə, 6-sı qızıl, 5-i gümüş və 10-nu bürünc olmaqla ümumilikdə 21 medal qazanan Azərbaycan millisi ümumi sıralamada birinci olub və “Böyük İpək Yolu” kubokuna sahib çıxıb.