Bu gün Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
B Liqasının 6-cı qrupunda yer alan seçməmiz bu gün Şimali İrlandiya ilə qarşılaşacaq.
Litvanın Kaunas şəhərindəki “Raudondvario” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Xatırladaq ki, milli ilk görüşdə meydan sahibi Litvaya 0:4 uduzub.


















