Misli Premyer Liqasında VIII tura bu gün keçirələcək iki oyunla yekun vurulacaq.
Yevlax şəhər stadionunda baş tutacaq matçda “İmişli” nominal ev sahibi kimi “Turan Tovuz”u qəbul edəcək. Saat 15:00-da başlayacaq görüşü Nicat İsmayıllı idarə edəcək.
Saat 19:30-a təyin edilən bağlanış matçında “Kəpəz”lə “Zirə” üz-üzə gələcək. Gəncə şəhər stadionunda əsas söz sahibi Emin Əliyev olacaq.
















