“Aston Villa”nın baş məşqçisi Unai Emeri İngiltərə Premyer Liqasında 200-cü matçını keçirib.

Birmingem komandasına rəhbərlik edən məşqçinin yubiley matçı X turda “Mançester Yunayted”lə heç-heçə ilə başa çatan səfər oyununa (4:4) təsadüf edib.

İspaniyalı mütəxəssis 2018–2019-cu illərdə “Arsenal”a rəhbərlik edib. O, 2022-ci ildən “Aston Villa”da fəaliyyət göstərir.

Qeyd edək ki, 54 yaşlı mütəxəssis Premyer Liqada 200 oyunluq həddi aşan 5-ci ispaniyalı baş məşqçidir. Daha əvvəl bu göstəriciyə Rafael Benites, Roberto Martines, Xosep Qvardiola və Mikel Arteta nail olublar.