Futbol üzrə Misli Premyer Liqasının 11-ci turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı açıqlanıb.
Turun altı qarşılaşmasını ümumilikdə 6598 tamaşaçı izləyib.
Ən çox azarkeş “Neftçi” – “Kəpəz” (1:0) matçında qeydə alınıb. Bu görüşü stadiondan 3275 tamaşaçı izləyib.
“Qarabağ” – “Turan Tovuz” (0:1) qarşılaşmasında 1536, “Sabah” – “Şamaxı” (2:2) matçında 937, “Zirə” – “Qəbələ” (2:1) görüşündə 550, “İmişli” – “Sumqayıt” (0:0 )matçında 200, “Şəfa” – “Araz-Naxçıvan” (2:2) qarşılaşmasında isə 100 tamaşaçı olub.
















