Dünya Çempionatı-2026-da II turun daha bir oyunu keçirilib.
H qrupu çərçivəsində İspaniya Səudiyyə Ərəbistanı seçməsi ilə qarşılaşıb. Görüş “La Roxa”nın 4:0 hesablı qələbəsi ilə yadda qalıb. Komandasının ilk qoluna imza atan Lamin Yamal həm mundialda, həm Avropa çempionatında qol vuran ən gənc futbolçu kimi tarixə düşüb.
Xalını 4-ə çatdıran İspaniya qrup liderinə çevrilib. Səudiyyə Ərəbistanının 1 xalı var. Kvartetin Bakı vaxtı ilə iyunun 22-si gecə saat 02:00-də başlayacaq digər matçında Uruqvay Kabo-Verde ilə üzləşəcək. Bu kollektivlərin də aktivində 1 xal var.














