Antuan Qrizmann cari mövsümün sonunda “Atletiko Madrid”i tərk edəcək.

Fransalı hücumçu karyerasını MLS-də davam etdirəcək. “Orlando Siti” keçəcək oyunçunun yeni klubu ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Qrizmann karyerasının 10 ilini “Atletiko”ya həsr edib. Ağ-qırmızı formada 452 matçda 211 dəfə fərqlənən Antuan klub tarixinin ən çox qol vuran futbolçusudur.