UEFA Çempionlar Liqasında “Sabah”la matçöncəsi “Barselona” ciddi itki ilə üzləşib.

Belə ki, Lamin Yamalın Bakıdakı görüşdə iştirak etməyəcəyi açıqlanıb. Sağ topuğunda yüngül narahatlıq hiss edən gənc ulduz ehtiyat tədbiri kimi həftəiçi istirahət edəcək.

Onun İspaniya La Liqasının növbəti turunda “Deportivo” ilə keçiriləcək oyuna kimi hazır olacağı gözlənilir.