UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Sabah”ın “Barselona”ya qarşı keçirəcəyi matçı idarə edəcək hakimlər briqadası açıqlanıb.

V turun görüşünü FIFA referisi Nikolas Uolş idarə edəcək. Ona həmyerliləri Frensis Konnor və Deniel Makfarleyn köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.VAR-da Endryu Dallas, AVAR-da Stiven Maklin əyləşəcəklər.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də start götürəcək.