Misli Premyer liqasının 2025/2026 mövsümünün I turu çərçivəsində daha iki görüş keçirilib. Debütant “İmişli” “Turan Tovuz”la qarşılaşıb. Şamaxı şəhər stadionunda baş tutan matç qərb təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Günün növbəti oyununda “Neftçi” doğma meydanda “Şamaxı”nı qəbul edib. Qarşılaşma 1-1-lik bərabərliklə sonlanıb. Sabah “CBC Sport”la canlı yayımlanan I turun daha bir görüşündə “Sumqayıt” və “Kəpəz” kollektivləri üz-üzə gələcək.


















