İtaliya təmsilçiləri “Yuventus” və “Bolonya” transfer dönəmində futbolçularını dəyişiblər.
Turin kollektivi İsveç millisinin sağ cinah müdafiəçisi Emil Holmu cari mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb.
Əvəzində isə yarımmüdafiəçi Juan Mariunu eyni müddətə icarə əsasında “Bolonya”ya göndərib.
Qeyd edək ki, Juan Mariu “Yuventus”un heyətində 13 oyunda meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb. Emil Holm isə “Bolonya”nın formasında keçirdiyi 19 oyunda 1 qol və 5 məhsuldar ötürməsi var.














