Misli Premyer Liqasında XV tur başa çatıb. Son oyun günündə iki görüş keçirilib. “İmişli” və “Karvan-Yevlax” 1:1-lik bərabərliyə razılaşıb.
Doğma meydanda “Sumqayıt”la qarşılaşan “Neftçi” iki qol fərqi ilə irəli keçsə də üstünlüyünü qoruya bilməyib və matçda 2:2 hesabı qeydə alınıb. Bu, “ağ-qaralar”ın yeni baş məşqçisi Yuri Vernidubun ilk oyunu olub.
Hazırda “Qarabağ” 33 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Sabah”ı 2 xal qabaqlayır. “Sumqayıt” və “Zirə” 27 xalla 3-4-cü pillələri bölüşülər. 17 xal toplayan “Neftçi” 8-ci, ondan 1 xal geri qalan “İmişli” 9-cudur. “Karvan-Yevlax” aktivindəki 6 xalla sonuncudur.














