Almaniya II Bundesliqasında XVI turun oyunları keçirilib.
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Kayzerslautern” doğma meydanda “Karlsrue” ilə qarşılaşıb. Ev sahiblərinin 3:0 hesablı qələbə qazandığı matçda Emreli də fərqlənib. 83-cü dəqiqədə oyuna daxil olan hücumçu 90+4-cü dəqiqədə rəqib qapısına yol tapıb. Bu, Emrelinin cari mövsüm liqada ilk qoludur.
Hazırda 40 xala malik “Kayzerslautern” turnir cədvəlində yeddincidir.














