Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.
1/4 final mərhələsinin cavab matçında “Sumqayıt”ı qəbul edən “Zirə” 2:0 hesabı ilə qalib gələrək adını növbəti raunda yazdırıb.
Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə qolları David Volkov (27) və Ceyhun Nuriyev (88) vurublar.
“Gənclik şəhəri” təmsilçisi qarşılaşmanı 10 nəfərlə başa vurub. 84-cü dəqiqədə Nikola Ninkoviç qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.
Tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmamışdı.
Qeyd edək ki, 1/4 final mərhələsi martın 5-də başa çatacaq.
















