Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.
O, 21 yaşadək futbolçulardan arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Rumıniya – San Marino görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, A qrupunun qarşılaşması martın 31-də Tırqovişte şəhərində yerləşən “Eugen Popesku” stadionunda baş tutacaq.


















