İspaniya La Liqasının X turunun mərkəzi matçında turnir cədvəlinin lideri “Barselona” doğma meydanda “Real Madrid”i qəbul edib.

“Kamp Nou” stadionunda keçirilən matç “Kral klubu”nun 2:1 hesablı qələbəsi ilə bitib. Bu oyunda dubla imza atan Kilian Mbappe Madrid klubunun heyətində 100 qol həddinə çatıb.

Hazırda 27 xala malik “Barselona” birinciliyini davam etdirir. Kataloniyalılar “Atletiko Madrid”i 2, “Real”ı 3 xal qabaqlayırlar.