Misli Premyer Liqasının IX turunda “Zirə”nin “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub etdiyi matç baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.

Mütəxəssis qəsəbə klubunun sükanı arxasında 250-ci oyununa çıxıb. 2020-ci ilin iyulundan “Zirə”də işləyən R.Sadıqovun rəhbərliyi dövründə 112 qələbə qazanan komanda 76 heç-heçə edib və 62 məğlubiyyət alıb. Top fərqi 316-237-dir. 250 oyundan 206-sı Premyer Liqa, 28-i Azərbaycan Kuboku, 16-sı avrokubok matçı olub.

Qeyd edək ki, Rəşad Sadıqovun “Zirə”də debütü 2020-ci il avqustun 23-də Premyer Liqanın “Qəbələ” ilə səfər matçında (1:1) gerçəkləşib.