Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi baş tutub. Yarışda Azərbaycan 12 çəki dərəcəsi üzrə 18 idmançı ilə təmsil olunacaq.
Kişilər
60 kq
1/16 final
Əhməd Yusifov – Samariddin Kuçkarov (Özbəkistan)
Balabəy Ağayev – Baxrom Boturov (Özbəkistan)
66 kq
Nizami İmranov – Minhao Canq (Çin)
Turan Bayramov – Matan Kokolayev (İsrail)
73 kq
1/32 final
Kamran Süleymanov – Şusuke Uçimura (Yaponiya)
1/16 final
Hidayət Heydərov – Arun Kumar (Hindistan)
81 kq
1/16 final
Ömər Rəcəbli – Adrian Sulka (Rumıniya)
90 kq
1/16 final
Murad Fətiyev – Vlad Vişan (Rumıniya)
100 kq
1/16 final
Əjdər Bağırov – Ernazar Sarsenbayev (Özbəkistan)
1/8 final
Zelim Kotsoyev – Tornike Poladişvili (Gürcüstan) / Baxtovar Boboxonov (Tacikistan) cütünün qalibi
+100 kq
1/8 final
Camal Qamzatxanov – Ritik Kumar (Hindistan)
Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) / İslombek Ravşankulov (Özbəkistan) cütünün qalibi.
Qadınlar
1/16 final
48 kq
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan)
Şəfəq Həmidova – Venna Cuanq (Çin)
52 kq
Leyla Əliyeva – Liliya Nuqayeva (Rusiya)
63 kq
Fidan Əlizadə – Sevinç İsokova (Özbəkistan)
70 kq
Südabə Ağayeva – Kamila Badurova (Rusiya)
+78 kq
Madina Kaisinova – Umida Niqmatova (Özbəkistan)
Qeyd edək ki, ümumilikdə turnirdə 39 ölkədən 370 idmançı mübarizə aparacaq. Daşkənd “Böyük Dəbilqə”si “CBC Sport”la canlı yayımlanacaq.












