Bu gün Misli Premyer Liqasında 14-cü turdan təxirə salınmış bir görüş keçiriləcək.

Avrokuboklar uğrunda mübarizə aparan “Turan Tovuz” çempionatda qalmağa çalışan “Qəbələ” ilə üzləşəcək.

“CBC Sport”la canlı yayımlanacaq qarşılaşma saat 15-də start götürəcək. Görüşü Cavid Cəlilov idarə edəcək.