Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Portuqaliya və Bolqarıstan seçmələri ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib. Baş məşqçi Ayxan Abbasov toplanışa bu futbolçuları dəvət edib:
Rəvan Mirzəmmədov, Elgün Dünyamalıyev (ikisi də “Sabah”), Xəyal Fərzullayev, Nadir Orucov, Ayxan Süleymanlı, Nihad Əhmədzadə (“Sumqayıt”), Səlim Həşimov, Sənan Muradlı, Rüfət Abbasov, Edqar Adilxanov, Emil Süleymanov, Oruc Məmmədov (“Şamaxı”), İbrahim Ramazanov, Sadiq Şəfiyev (“Turan Tovuz”), Raul Məmmədov, Elcan Əbilov (“Kəpəz”), Emin Rüstəmov (“Səbail”), Eşqin Əhmədov (“Qəbələ”), Əkbər Eyubov (“Zirə”), Hikmət Cəbrayılzadə (“Qarabağ”), Murad Məmmədov, Ağadadaş Salyanskiy (“Nefttçi”), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə), Nahid Əliyev (“Şəfa”)
Qeyd edək ki, U-21 millimiz təlim-məşq toplanışına sentyabrın 1-də start verəcək. Komandamız sentyabrın 5-də, səfərd Portuqaliya, sentyabrın 9-da, Bakıda Bolqarıstan yığması ilə qarşılaşacaq.


















