Yeni mövsümə hazırlaşan “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib. “Kimyaçılar” braziliyalı Keffel Rezendeni transfer edib. 25 yaşlı müdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. Braziliyanın “Paysandu” klubundan gələn Keffel son mövsümü icarə əsasında Portuqaliya təmsilçisi “Portimonense”də keçirib.

















