Voleybol üzrə qadınlar arasında Avropa çempionatında bütün yarımfinalçılar bəlli olub.
Türkiyədə keçirilən görüşdə meydan sahibləri Almaniya ilə münasibətlərinə aydınlıq gətiriblər. Son qitə yarışının qalibi olan “ay-ulduzlar” 3:1 hesablı qələbə qazanıb. Onlar final uğrunda görüşdə ötən turnirin finalçısı Serbiya yığması ilə üzləşəcəklər.
Günün digər qarşılaşmasında Polşa və Niderland milliləri üzləşiblər. Matç şərqi avropalıların 3:1-lik qələbəsi ilə bitib. Polşanın yarımfinaldakı rəqibi İtaliya olacaq. Bu etapın görüşləri sabah keçiriləcək.













