“Turan”ın qadınlardan ibarət voleybol komandası CEV Çempionlar Liqasındakı ilk matçına çıxıb

Xorvatiyanın “Mladost” kollektivi ilə üzləşən Tovuz təmsilçisi turnirin II təsnifat mərhələsində rəqibini 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə məğlub edib.

Qeyd edək ki, cavab görüşü oktyabrın 29-da Zaqrebdə keçirəcək.