“Sabah”dan ayrılan Ayaz Quliyevin yeni klubu müəyyənləşib.

29 yaşlı yarımmüdafiəçi Rusiyanın “Arsenal Tula” klubuna keçib.

Qeyd edək ki, Quliyev 2021/2022 mövsümündə də “Arsenal”da çıxış edib və 26 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb. 2023-cü ildən “Sabah”ın formasını geyinən oyunçu bu müddətdə komandanın “bayquşlar”ın heyətində 54 oyun keçirib.