Bu gün Özbəkistanın Səmərqənd şəhərində 46-cı Ümumdünya Şahmat Olimpiadasına start verilir. Yarışda Azərbaycanın həm kişi, həm qadınlardan ibarət milli komandaları mübarizə aparacaq.
Kişilərin yarışında ölkəni Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli təmsil edəcəklər. Qadınların mübarizəsində isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova mübarizə aparacaqlar. I turda kişilərdən ibarət Azərbaycan millisi Mərakeş, qadınlardan ibarət yığmamız isə Qvatemala seçməsi ilə qarşılaşacaq. İlk oyunda Şəhriyar Məmmədyarov və Ülviyyə Fətəliyeva iştirak etməyəcəklər.
Qeyd edək ki, 208 komandadan 1032 zəka ustasının qatıldığı Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq və sentyabrın 27-də başa çatacaq.












