Azərbaycanın UEFA reytinqindəki əmsalı artıb.

Bu, “Qarabağ”ın Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Ukraynanın “Dinamo Kiyev” kollektivi üzərində 2:0 hesablı qələbəsi sayəsində mümkün olub. Ağdamlıların qələbəsi sayəsində ölkə hesabına daha 0,500 əmsal əlavə olunub.

Azərbaycan hazırda 21,687 əmsalla 26-cı pillədə qərarlaşıb. Sloveniya (22,718) 25-ci, Slovakiya (20.500) 27-ci yerdədir. Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.