“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqibi “Ayntraxt” baş məşqçisi Dino Toppmöllerlə yollarını ayrılıb.

2023-cü ildən Toppmöllerin çalışdırdığı Frankfurt klubu ötən mövsüm Bundesliqanı üçüncü pillədə bitirib. Cari futbol ilində isə komanda 27 xalla çempionatda 7-ci yerdə idi.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 21:45-də start götürəcək.