Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” komandası üçüncü yoxlama görüşünü keçirib.
Çexiyanın “Bohemians 1905” klubu ilə qarşılaşan qəsəbə təmsilçisi 1:3 hesabı ilə uduzub. “Qartallar”ın yeganə qolunu 41-ci dəqiqədə Ruan Renato vurub.
Qeyd edək ki, “Zirə” günün ilk matçında Ukraynanın “Aleksandriya” kollektivinə 2:3 məğlub olub. Bundan əvvəl isə onlar Rumıniyadan “Çiksereda” ilə bacarmayıb – 3:3.















