İngiltərənin Liverpul şəhərində boks üzrə dünya çempionatı davam edir. Azərbaycanın daha bir idmançısı mübarizəyə qoşulub. 75 kq çəki dərəcəsində Səidcəmşid Cəfərov ilk döyüşünü keçirib. Təmsilçimiz 1/16 finalda irlandiyalı Qavin Rafferti ilə üzləşib və hakimlərin yekdil qərarı ilə qalib gəlib. O, növbəti görüşünü ilk mərhələdən azad olan yaponiyalı Dayqo Sunaqaya qarşı keçirəcək. Bu duel sentyabrın 9-da olacaq.